
Az.shafaqna.com “Transfermarkt”-a istinadən xəbər verir ki, “Barselona”-nın hücumçusu Lionel Messi Avropanın Top-5 liqasının oyunçuları arasında vurulmamış penaltilərin sayına görə 1-ci yerdədir.
Belə ki, argentinalı futbolçu 22 11-metrlik zərbəni reallaşdıra bilməyib.
Siyahıda 2-ci yeri “Yuventus”-un oyunçusu Kriştiano Ronaldo və “Roma”-nın keçmiş yarımmüdafiəçisi Françesko Totti tutublar.
XXI əsrdə vurulmamış penaltilərin sayına görə liderlər:
- Lionel Messi – 22 vurulmamış qol;
- Kriştiano Ronald – 18 vurulmamış qol;
- Françesko Totti – 18 vurulmamış qol.






























