Gürcüstan əhalisi 2021-ci ildə azalıb – SƏBƏBLƏR

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, 2021-ci il 1 yanvara olan vəziyyətə əsasən, Gürcüstan əhalisi 3 728 600 nəfər təşkil edib və bu, 2020-ci ilin 1 yanvarındakı göstəricidən 0,3% azdır.

Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat verib.

Əhalinin azalmasına səbəb mənfi təbii artım (-0,4) və yüksək miqrasiya saldosu (15 732) olub.

Eyni zamanda 2020-ci ildə emiqrantların sayı 29,3% azalaraq 74 264 nəfər, immiqrantların sayı isə 7,1% azalaraq 89 996 nəfər təşkil edib.

Ölkə əhalisinin 1 796 200 nəfərini kişilər və 1 932 400 nəfərini qadınlar təşkil edir. Üstəlik, hesablama dövrü ərzində kişilərin sayı 0,3 faiz artıb.

15-64 yaşlı əmək qabiliyyətli insanlar isə ölkə əhalisinin 64,2 faizini təşkil edir. Ölkə əhalisinin 20,5%-ni isə 14 yaşadək olanlar təşkil edir. 65 və yuxarı yaş həddində olanlar isə əhalinin 15,2%-ni təşkil edir.

Gürcüstan əhalisinin 59,4 faizi şəhərlərdə, qalan əhalisi isə kəndlərdə yaşayır. Ölkə əhalisinin 3-də 1-i isə Tbilisidə yaşayır.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş