Kazan hadisələrinin fonunda Putindən vətəndaşlardakı silahlarla bağlı tapşırıq

Rusiya Prezidenti Vladimir Putin Kazan məktəbində baş vermiş atışma nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə baş sağlığı verib.

Az.shafaqna.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə  Kremlin sözcüsü Dmitri Peskova istinadla məlumat yayıb. Onun sözlərinə görə, Rusiya prezidenti, həmçinin Kazanda baş verən hadisə nəzərə alınaraq vətəndaşların istifadəsində olan silahlarla bağlı qaydalırn sərtləşdirilməsi barədə də tapşırıq verib.

Ölkə başçısı hadisənin yerində araşdırılması üçün bir sıra rəsmi şəxslərin Kazana getməsini tapşırıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Tatarıstan respublikasının paytaxtı Kazan şəhərindəki 175 saylı məktəbdə naməlum şəxslər odlu silahdan ətrafa atəş açmağa başalyıblar. Daha sonra hadisə yerində pratlayış səsi eşidilib.

Sonradan hadisənin iki yeniyetmə tərəfindən törədildiyi və onlardan birinin artıq zərərsizləşdirilidyi bildirilib.

Hadisə yerinə 21 təcili yardım briqadası göndərilib. Tatarıstan prezidenti Rüstəm Minnixanov, respublikanın səhiyyə naziri Marat Sadıkov və bölgə prokuroru İldus Nafikov dərhal hadisənin baş verdiyi məktəbə yollanıblar.

Bu məqaləni paylaş