Qaribaşvili sabah Ermənistana səfər edəcək

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistana rəsmi səfər edəcək.

Az.shafaqna.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, mayın 12 başlayacaq rəsmi səfərdə Qaribaşvili Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşəcək.

Gürcüstanın Baş naziri ilə birlikdə Yerevana Gürcüstan XİN başçısı David Zalkaliani də gedəcək.

Bu məqaləni paylaş