Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İraq hökuməti Kərkük əyalətinə əlavə qüvvələr göndərib.
Son zamanlar həmini ərazidə İŞİD terrorçularının aktivliyi artıb.
İraq Daxili İşlər Nazirliyinin Kərkük rəsmisi Əmir Nuri bildirib ki, İraq federal polisinin 3 elit dəstəsi Kərkük şəhərinin cənub kvartallarında, həmçinin terrorçuların görüldüyü ərazilərdə yerləşdiriliblər.
Qərar həmçinin Ramazan bayramında təhlükəsizliyin təminatı məqsədi ilə qəbul edilib.
Qeyd edək ki, İŞİD terror təşkilatı süqut etsə də, onun qalıqları zaman-zaman terror hücumları törədirlər.
Bu məqaləni paylaş