İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif HƏMAS hərəkatının siyasi bürosunun sədri İsmayıl Haniyə ilə telefonla danışıb.
Az.shafaqna.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin daima Fələstinə dəstək verəcəyini bildirib.
Qeyd olunur ki, telefon danışığı zamanı Fələstində son baş verən hadisələr müzakirə olunub.
Məhəmməd Cavad Zərif İranın bundan sonra da Fələstin xalqına hər mənada dəstək verməyə davam edəcəyini önə çəkib.
Bu məqaləni paylaş