
Az.shafaqna.com xəbər verir ki, Suriyanın BMT-dəki daimi nümayəndəsi dünən BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasını ABŞ və Avropa Birliyinin müxtəlif sahələr üzrə qanun pozuntuları haqda, o cümlədən beynəlxalq hüquq normalarını pozmaları və Suriya xalqına qarşı tətbiq etdikləri zalımcasına sanksiyaların nəticələləri haqda bir hesabat hazırlamağa çağırıb.
Bu haqda İran KİV məlumat yayıb.
Bəşşar Əl-Cəfəri BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda ABŞ və Avropa Birliyinin bu yaxınlarda Suriya xalqına qarşı birtərəfli iqtisadi sanksiyaların uzadılması və sərtləşdirilməsi məqsədilə iki qanun qəbul etdiyinə işarə edib və vurğulayıb ki, ABŞ və Avropa Birliyinin Suriyaya qarşı sanksiyaları BMT nizamnaməsi və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.
Avropa və ABŞ son illərdə terrorçuları dəstəkləmək məqsədilə dəfələrlə Suriyaya qarşı sanksiya tətbiq ediblər.






























