Türkiyә Böyük Millәt Mәclisinin sәdri İsrailə yenə etiraz etdi

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop İsrailin Qәzza zolağına etdiyi hücumu qınayıb.

Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, tvitter sәhifәsindә paylaşım edәn Mustafa Şentop deyib: ‘‘İşğalçı İsrail dövlәt terroru törәdir’’.

Türkiyә olaraq reaksiyalarını hәr zaman dilә gәtirәcәklәrini vurğulayan Mustafa Şentop bildirib ki, Birlәşmiş Millәtlәr Tәşkilatı vә dünya yenә susur. Hәr kәs sussa da Türkiyә olaraq biz heç vaxt susmayacağıq.

Qeyd edək ki,  İsrail qüvvələrinin Qəzza zolağının Beyt Hanun bölgəsinə endirdiyi hava zərbələri nəticəsində (bu saat üçün) 9-u uşaq olmaqla 24 nәfәr hәyatını itirib, 103 nәfәr dә müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Bu məqaləni paylaş