Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Türkiyə parlamenti sosial şəbəkələrin tənzimlənməsinə dair qanun layihəsini qəbul edib.

Hakim partiyanın (AKP) parlamenti fraksiyasının başçısı Özlem Zengin bildirib ki, 1 milyondan artıq izləyicisi olan istifadəçilərin Türkiyədə nümayəndəliyi olmalıdır və həmin nümayəndə də Türkiyə vətəndaşı olmalıdır.

9 bənddən ibarət qanun layihəsi AKP tərəfindən parlamentə daxil edilib.

Bundan başqa, hökumətin təhqiramiz və ya böhtan-iftiralı hesab etdiyi paylaşımlar 48 saat ərzində silinməlidir, əks halda istifadəçiləri cərimələnə və ya trafik ciddi şəkildə azaldıla bilər.

Qanun layihəsinə əsasən, şirkətlər türkiyəli müştərilərinin bütün məlumatlarını Türkiyə ərazisində saxlamalıdırlar.