Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 8 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1155-ə çatıb, onlardan 929 nəfər sağalıb, 16 nəfər ölüb.  Karantin rejimində 6489 vətəndaş nəfər qalır ki, onların 337 nəfəri stasionar nəzarətdədilər.