Sergey Lavrov Azərbaycana səfərə gəlib

RF XİN başçısı Sergey Lavrov bazar ertəsi Azərbaycanın paytaxtı Bakıya gəlib.

Az.shafaqna.com İnterfax-a istinadən xəbər verir ki, nazir axşam saatlarında Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Mayın 11-də Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar planlaşdırılır.

RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib ki, səfər zamanı Rusiya və Azərbaycanın ikitərəfli və regional əməkdaşlıq məsələlərinin geniş dairəsini, o cümlədən beynəlxalq arenada qarşılıqlı əlaqələri nəzərdən keçirmək ehtimal olunur. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli Dağlıq Qarabağa dair bəyanatlarının icrasının praktiki aspektlərinə xüsusi diqqət ayrılacaq.

Bu məqaləni paylaş