“Vahid Milli Hərəkat” partiyasının sədri Nika Meliya azad olunub.
Az.shafaqna.com xəbər verir ki, Avropa İttifaqı (Aİ) Nika Meliya üçün 40 min lari məbləğində girov ödədikdən sonra o bu gün Tbilisi Məhkəməsinin qərarı ilə azad edilib.
Qeyd edək ki, fevral ayının 23-də Meliya xüsusi əməliyyatla saxlanılmış və barəsində həbs-qətimkan tədbiri seçilmişdi.
Bu məqaləni paylaş