Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda uzun illərdir şumluq torpaqları becərən fermerlərin icarə götürdükləri torpaq sahələrini 25% endirimlə almaq imkanı olacaq.
Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava bildirib.
Onun sözlərinə görə, müvafiq qərar hökumətin bugünkü iclası zamanı qəbul edilib.
“Bu gün hökumət, şübhəsiz, torpağı icarəyə götürən fermerləri sevindirəcək olduqca mühüm qərar qəbul edib”, – deyə Turnava qeyd edib.
“Bu, ilk növbədə, fermerlərə torpağı almaq, onu becərmək və daha çox bank maliyyəsi, özəl investisiya cəlb etmək, həmçinin dövlət proqramlarının geniş spektrindən istifadə etmək hüququndan istifadə imkanı verəcək”, – deyə o əlavə edib.
Nazir deyib ki, Gürcüstanda torpaq sahələrinin təxminən 2 000 icarəyə götürən var.
