Çavuşoğlu İsraili “vəhşi” adlandıraraq Fələstini dəstəklədi

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, rəsmi Ankara Fələstinə qəti dəstəyini davam etdirəcək.

O qeyd edib ki, Qüds İslamın müqəddəs məkanı – Əl-Əqsa məscidində günahsız müsəlmanlara qarşı zorakılıq bitmək bilmək bilmir.

“İsrailin vəhşiliklərini gözardı edən ölkələrin Yaxın Şərqdə sülh prosesi barədə danışmaq haqqı yoxdur”, – deyə o əlavə edib.

Bu məqaləni paylaş