Az.shafaqna.com “IslamNews”-ə istinadən xəbər verir ki, London sakinləri müsəlman Sadiq Xanı yenidən özlərinə mer seçiblər.
İkinci raunda Xana 1 206 036 seçici (55,2%) səs verib.
“Təşəkkürlər, London. Mənim üçün sevdiyim şəhərə daha 3 il də xidmət etmək şərəfdir”, – deyə Sadiq Xan bildirib.
Yenidən seçilən mer Böyük Britaniya paytaxtını pandemiyadan sonra “ən yaxşı, parlaq gələcəyə” aparacağını deyib.
O, həmçinin qeyd edib ki, “Brexit” ölkəni və onu paytaxtını bölüb və o, milli birliyin bərpası üçün işləmək niyyətindədir.
Xatırladaq ki, Sadiq Xan 2016-cı ildə Londonun ilk müsəlman meri seçilib.
Bu məqaləni paylaş