
Az.shafaqna.com xəbər verir ki, Gürcüstan vətəndaşları Litvaya gələrkən 14 gün məcburi karantinə alınmayacaqlar.
Bu barədə Litvanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
“Gürcüstan vətəndaşları və rezidentləri, Gürcüstanda qanuni yaşayanlar, artıq Litvaya gələrkən 14 günlük məcburi karantinə cəlb olunmayacaqlar. Bu qərar epidemoloji vəziyyətin pisləşməsilə əlaqədar yenidən baxıla bilər.”, -deyə məlumatda bildirilir.






























