“Heç vaxt dağıtmağın və məhv etməyin arxasınca getmədik”.
Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sumela monastırının və Trabzon Ayasofya məscidinin 2. mərhələ açılış mərasimində canlı bağlantı ilə iştirakında deyib.
Ərdoğan çıxışında “Başqa inancların simvollarını hədəf alan bir millət olsaydıq, 5 əsrdir bizim olan Sumela monastırının yerində yellər əsərdi” ifadəsini işlədib.

Prezident Ərdoğan Sumela monastırı ilə əlaqədar deyib:
“Türkiyə ərazilərində hər növ mədəniyyə irsinə necə yiyə durduğumuzun konkret nümunəsi olan bu fəaliyyəti tənqid edənlərin diqqətinə təqdim edirik”.
Ərdoğan Ayasofya məscidinə də toxunaraq deyib:
“İnanırıq ki, bu böyük məbədə yiyə durduğumuz, qoruduğumuz və yaşatdığımız üçün təşəkkürü haqq edirik. Özümüz və dostlarımız üçün siyasi, iqtisadi, hərbi, diplomatik baxımdan hər hansı bir sahədə lazım olan hər cür mübarizəni verməkdə kiçik bir tərəddüdümüz olmaz”.