Gürcüstanın Senaki bölgəsində yerləşən 2-ci Piyada Briqadasında müsəlman hərbçilərə “Qurani Kərim” kitabı paylanılıb. Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstan MN məlumat yayıb. Qeyd olunur ki, kiçik ölçülü kitablar ərazi şərtlərinə uyğun olaraq hazırlanıb, kompakt və hərbi kamuflyajla üzlük çəkilib. Nazirlik müsəlman hərbçiləri qarşıdan gələn Mübarək Ramazan bayramı münasibəti ilə də təbrik edib.
Bu məqaləni paylaş