Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Nika Meliya üçün 40 min lari məbləğində girov ödəyib.
Bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyinin saytında məlumat verilib.
“Bu gün cənab Meliyanın ilkin həbsdən azad edilməsi üçün 40 000 lari məbləğində girov ödənilib”, – deyə qeyd edilib.
Bildirilib ki, bu, 19 apreldə Gürcüstan siyasi partiyalar arasında əldə edilmiş sazişin sayəsində mümkün olub.
Bu məqaləni paylaş