Mustafa Şentopdan İsrailə: Etdiyiniz açıq bir dövlət terrorudur

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İsrail polisinin Əl-Əqsa məscidində camaata hücumuna reaksiya verib.

Az.shafaqna.com xəbər verir ki, Mustafa Şentop özünün “Twitter” hesabında “Hər Ramazanda olduğu kimi İsrailin artan zorakılıq və zülm günlərinin şahidi olunur”, – yazıb.

“Bu gecə Əl-Əqsada namaz qılan camaata edilən hücum açıq bir dövlət terrorudur. Zorakılıq və qəddarlıq əkən, sülh və əmin-amanlıq biçə bilməz. Əl-Əqsadakı terroru lənətləyirəm” ifadələrdən istifadə edib.

Bu məqaləni paylaş