Gürcüstanda Böyük Vətən Müharibəsi iştirakçılarına birdəfəlik sosial yardım ediləcək

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda Böyük Vətən Müharibəsi (BVM) iştirakçıları və qurbanlarının ailələrinə birdəfəlik sosial yardım ediləcək.

Gürcüstan hökumətinin qərarına əsasən, Faşizm Üzərində Qələbənin ildönümündə 2-ci Dünya Müharibəsi iştirakçılarına 1 000 lari (290 dollar) veriləcək, müharibə qurbanlarının ailə üzvlərinə isə 500 lari (145) dollar məbləğində birdəfəlik sosial yardım veriləcək.

Fərman artıq Gürcüstan Baş naziri İrakli Qaribaşvili tərəfindən imzalanıb.

Qeyd edək ki, BVM zamanı Gürcüstanda təxminən 700 min nəfər cəhbəhəyə gedib, onlardan yarısı isə geri qayıtmayıb.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş