Türkiyədə İsrail əleyhinə aksiya: “Fələstin tənha deyil!”

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İsrailin İstanbuldakı baş konsulluğu yaxınlığında İsrailin fələstinlilərə zorakılığına və əl-Əqsa məscidinə ehtiramsızlığına qarşı etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları əllərində Fələstin və Türkiyə bayraqları tutaraq İsrail əleyhinə şüarlar səsləndiriblər: “Fələstin xalqı tənha deyil!”, “Biz şəhid qəhrəmanların yolunu davam etdirəcəyik!”, “Məhv olsun sionizm!”, “Salam olsun HƏMAS-a, müqaviməti davam etdirin!”, “Ümmətik, qardaşıq, qalib gələcəyik!”, “İstanbuldan Qəzza müqavimətinə minlərlə salam!”.

Türkiyənin İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi və Humanitar Yardım Fondunun başçısı Bülent Yıldırım da aksiyada iştirak edib.

O deyib ki, İsrailin fələstinlilərə hər hücumu Türkiyə sakinlərinin ürək ağrısına səbəb olur.

“Hər bir Türkiyə vətəndaşı, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq, Fələstin torpaqlarındakı (İsrail) cinayətlərini pisləyir”, – deyə o qeyd edib.

Yıldırım hər bir həmvətənini fələstinlilərə dəstək olmağa və İsrail əleyhinə aksiyalara qoşulmağa səsləyib.

“Söhbət İsrailin vəhşiliklərindən gedəndə dünya kar və kordur? Bir çox ölkələr insan haqlarından danışmağı sevir, amma fələstinlilərə qarşı cinayətlər barədə susur. Qüds bizim paytaxtımızdır və onun İsrail və ABŞ-a dəxli yoxdur”, – deyə o əlavə edib.

Bu məqaləni paylaş