Rusiya sülhməramlıları üçün inşa edilən blok-modul şəhərciklərinin sayı

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Qarabağdakı Rusiya sülhməramlı kontingenti hərbçiləri üçün 30 blok-modul tipli şəhərciyin inşası başa çatıb.

Bu barədə Rusiya ordusunun rəsmisi general-mayor Yuriy Xort məlumat verib.

Hər bir şəhərcik komplektinə süni örtüklü idman zalı, hamam, tibb məntəqəsi, mətbəx daxildir.

Şəxsi heyət üçün geyimin yuyulma və qurudulması otaqları, istirahət otaqları, dəftərxana, anbar, yeməkxana, ərzaq anbarı, sanitar modulları təchiz edilir.

Bu məqaləni paylaş