Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Qırmızı Xaç Gürcüstana “Sinopharm” vaksininin 100 min dozasını verəcək.
Bu barədə Gürcüstan səhiyyə naziri Yekaterina Tikaradzenin adıçəkilən təşkilatın nümayəndələri ilə görüşündən sonra məlum olub.
“Biz Çinin Qırmızı Xaçı ilə sıx əməkdaşlıq edirik, onlar vaksini Gürcüstanın Qırmızı Xaçına verəcəklər, biz isə onu nazirliyə ötürəcəyik. İlkin mərhələdə söhbət 100 min dozadan gedir”, – deyə Gürcüstan Qırmızı Xaç Cəmiyyətinin prezidenti Natiya Loladze bildirib.
Xatırladaq ki, ötən gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Sinopharm” vaksinini qeydiyyatdan keçirib.
Gürcüstan bu vaksinlə vaksinasiya 4 maydan başlayıb.
ETİKETLƏNDİ:gurcustan
Bu məqaləni paylaş