Bakıda Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun adına park salınır.
Bu barədə Az.shafaqna.com-a Xətai rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, park rayonun Polad Həşimov küçəsində yerləşir:
Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən park, ilk növbədə, rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edəcək.
İcra Hakimiyyəti tərəfindən parkda aparılan abadlıq işləri çərçivəsində mövcud olan yararsız oturacaq və söhbətgahlar sökülərərək ərazidən daşınıb, yeni suvarma xətlərinin və müasir işıqlandırma sistemlərinin quraşdırılması işlərinə başlanılıb, həmçinin ağaclar budanıb, səki daşları düzülüb.
Əhalinin istirahəti üçün söhbətgahların quraşdırılması, yeni oturacaqların qoyulması nəzərdə tutulub. Ərazidə yaşıllıq zolaqları və qazon örtüyü salınınacaq, o cümlədən müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkiləcək.
İşlərin ən yaxın günlərdə başa çatdırılması və parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.









