Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, yüksək dağlıq Svaneti vilayəti səyahətçilər və təbiət sevərlər üçün əsl xəzinədir. Yüksək dağlar, gözəl mənzərələr, təmiz hava. Bir sözlə, çoxlu müsbət emosiyalar əldə etmək üçün burada hər şey var.

Bu foto-xəbərimizdə Svaneti rayonunun Mestia şəhərinin günümüzdəki halı ilə tanış ola bilərsiniz. Elə də uzaq olmayan tarixdə, dünyaca məşhur Svan qüllələrinin yanında olduqca müasir tikililər peyda olub.

Onların bəzilərinin arxitekturası da öz qeyri-adiliyi ilə təəccübləndirməyi bacarır. Əvvəlllər bu binalar kiməsə qəribə və ya ümumi qədimi koloritlə uyğunsuz görünə bilərdi, lakin indi onlar həm ətrafdakı mənzərənin bir hissəsidir, həm də regionun vizit kartına çevrilərək reklam bukletlərinin və burada olmuş səyahətçilərin çoxsaylı şəkillərinin bəzəyidir.