Düşmən rejimin çöküşü başladı

Az.shafaqna.com xəbər verir ki, bunu İslam Inqilabı lideri Ayətullah Seyid Əli Xamenei Qüds günü münasibətilə çıxışı zamanı deyib.

“Sionist düşmən rejimin çöküşü və yıxılması başladı, davam edəcək. Gələcəyi iki önəmli faktor təyin edər. Bunlardan birincisi və ən önəmlisi Fələstin torpaqlarında müqavimətin və şəhadət xəttinin davamı, ikincisi isə bütün millətlərin Fələstinə dəstəyidir.”, – Ayətullah Xamenei bildirib.

Fələstin və Qüdsün aqibətinin bütün ümmətin təməl məsələsi olduğunu deyən İran İslam İnqilabı lideri Ayətullah Xamenei  “Buna görə də, İmam Xomeyni Ramazan ayının son cüməsini Beynəlxalq Qüds Günü olaraq adlandırdı. Qüds mövzusunda müsəlmanların yüksəlməsi, sionist düşmən və onun Amerikalı və Avropalı dəstəkçilərinin qorxulu yuxusudur. Əsrin sazişi adlı uğursuz plan və davamında bir neçə zəif ərəb höküməti tərəfindən normallaşma cəhdləri, bu kabusdan xilas olma cəhdləridir. Bu addımlarla heç bir yerə çatan deyillər.”, -deyə əlavə edib.

Bu məqaləni paylaş