İsrail əsgərləri 2 fələstinlini qətlə yetirdi

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İsrail əsgərləri işğal altındakı Qüds şəhərinin şərq hissəsində 2 fələstinlini qətlə yetiriblər.

Həmçinin daha 1 fələstinli də ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün İsrail əsgərləri 16 yaşlı fələstinlini şəhid ediblər.

Həmçinin bir neçə gün öncə İsrail əsgərləri 60 yaşlı fələstinli qadını da güllələyərək qətlə yetiriblər.

Bu məqaləni paylaş