Ağ Evin sözçüsünün müavini Karine Cen-Pierre Amerika Birlәşmiş Ştatlarının Ukraynanın NATO-ya daxil olmasını dәstәklәdiyini açıqlayıb.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, jurnalistlәrin Rusiya ilә Ukrayna arasında yaşanan gәrginliklә bağlı suallarını cavablandıran Karine Cen-Pierre deyib: ‘‘Biz Ukraynanın NATO-ya daxil olmasını dәstәklәyirik’’.

Amerika Birlәşmiş Ştatları dövlәt katibi Entoni Blinken dә MSNBC telekanalına verdiyi müsahibәdә Rusiyanın Ukrayna-Rusiya sәrhәdindәki mövcudluğuna görә narahat olduqlarını vә Kiyev rәhbәrliyini dәstәklәdiklәrini bildirib.

Entoni Blinken Rusiyanın Ukrayna ilә sәrhәddәn çәkildiyini açıqlamasına baxmayaraq bölgәdә xeyli sayda hәrbçisinin olduğunu deyib.

Əvvəlki məqaləXəzər dənizində zəlzələ
Növbəti məqalədəŞuşada DOST Mərkəzi açılacaq – RƏSMİ