Ən böyük müsəlman ölkəsində vulkan püskürdü

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın Sumatra adasında yerləşən Sinabunq vulkanı yenidən aktivləşib. Tüstü və kül sütunu təxminən 3 km hündürlüyə qalxıb.

Xəsarət alan yoxdur.

Son həftə ərzində adıçəkilən vulkanda 15-ə yaxın partlayış qeydə alınıb.

Ada sakinlərinə vulkana 5 km-dan yaxın məsafədə yaxınlaşmamaq çağırışı edilib.

Qeyd edək ki, Sinabunq vulkanı 400 ildə ilk dəfə olar 2010-cu ildə püskürməyə başlayıb.

Bu vulkanın 2014 və 2016-cı illərdəki püskürmələri nəticəsində 23 nəfər dünyasını dəyişib.

Bu məqaləni paylaş