“Alulbeyt Gürcüstan” təşkilatı Gürcüstanda yaşayan aztəminatlı, imkansız ailələrə yardım edib.

Az.shafaqna.com-a bu barədə “Alulbeyt Gürcüstan”ın rəhbəri Hacı Faiq Nəbiyev bildirib.

O qeyd edib ki, İmam Əlinin (ə) şəhadəti münasibətilə təşkilatı tərəfindən yardım aksiyası təşkil edilib, 200 ailəyə yardım olunub.

Xatırladaq ki, “Alulbeyt Gürcüstan” təşkilatı bu cür yardım aksiyalarını tez-tez keçirir.

Əvvəlki məqaləAzərbaycanın Xalq artisti Arif Quliyevlə vida mərasimi keçirilir
Növbəti məqalədəŞuşada yeni su kəməri tikilir