AP

Az.shafaqna.com CNN-a istinadən xəbər verir ki, ABŞ-ın Cənubi Koreyadakı səfiri Harri Harris bığlarını qırxıb.

Qeyd edək ki, onun saxladığı bığ tərzi koreyalılara Yaponiya işğalı dövrünü xatırladırdı.

Harri deyib ki, bunu isti havada tibbi maska taxarkən yaranan narahatlıqlara görə edib.

Bu bığlar yerli əhalinin xoşuna gəlmirdi, çünki 1940-1945-ci illərdə Yaponiyanın təyin etdiyi 8 general-qubernatorun hamısı bu cür bığ saxlayırdı.

Qeyd edək ki, Harris 1965-ci ildə Yaponiyada anadan olub.