
Az.shafaqna.com xəbər verir ki, Malayziya məhkəməsi ölkənin keçmiş baş naziri Nəcib Rəzaqı 12 il müddətinə azadlıqdan məhrub edib.
Yerli “Star” qəzetinin məlumatına görə, o, səlahiyyətlərindən sui-istifadə və etimadın pozulmasında ittiham edilib.
1MDB Dövlət investisiya fondundan milyardlıq oğurluqlar işi çərçivəsində Rəzaqa səlahiyyətdən sui-istifadə və pul vasitələrinin yuyulması maddələri ilə ittiham irəli sürülüb.
Bundan başqa, təxminən 50 milyon dollar da cərimələnib.
Qeyd edək ki, 1MDB 2009-cu ildə Nəcib Rəzaq hökuməti tərəfindən yaradılıb. İstintaq materiallarına əsasən, fondun fəaliyyəti dövründə oradan 4 milyard dollardan artıq vəsait oğurlanıb.






























