Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Qarabağdakı vəziyyət normallaşıb.
Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bildirib.
O, Qarabağ məsələsində müsbət tendensiyaların müşahidə edildiyini deyib.
“Yerdəki vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb. Rusiyanın sülhməramlı kontingenti təhlükəsizliyin zamini qismində çıxış edir”, – deyə Lavrov qeyd edib.
Onun sözlərinə görə, xırda hadisələr operativ və effektiv şəkildə rusiyalı sülhməramlılar tərəfindən yoluna qoyulur.
Bu məqaləni paylaş