Az.shafaqna.com RİA KÇR-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasından olan Amin Mamçuyev çaya yıxılan 4 yaşlı uşağı xilas edib.

11 yaşlı Amin 5-ci sinifdə oxuyur. O, 24 apreldə məktəbə gedərkən balaca uşağın çaya yıxıldığını görərək dərhal onu xilas etmək üçün hərəkətə keçib.

Mən qorxdum, lakin özümə görə yox, uşağın həyatına görə. Düşünürdüm ki, o, boğula bilər, mən bircə ondan qorxurdum ki, birdən onu sudan çıxara bilmərəm”, – deyə Amin bildirib.

Uşaq hələ suya yıxılmamışdan öncə, Amin uşağı çaydan uzaqlaşmağa səsləyib, suya düşə biləcəyi barədə xəbərdarlıq edib, lakin uşaq ona qulaq asmayıb. Uşaq suya yıxıldıqda isə yaxınlıqda Amindən başqa heç kim olmayıb.

Mən onu görəndə məktəbə gedirdim. Mən ondan suyun yaxınlığında gəzməməyi xahiş edirdim, lakin o, qulaq asmadı. Mən sadəcə olaraq tez bir şəkildə çaya tərəf hərəkət edərək onu sudan çıxarmağa başladım”, – deyə o qeyd edib.

Əvvəlki məqaləVətən uğrunda qəhrəmanlıqlarına görə ordenlə təltif olunanların adları əbədiləşdiriləcək
Növbəti məqalədəİmam Əli (ə) ziyarətgahında 3-cü əhya gecəsi