Gürcüstan hökuməti quru sərhədlərinin açılışını müzakirə edir

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan yüksək vaksinasiya tempi şəraitində quru sərhədlərini aça biləcək.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava bildirib.

Xatırladaq ki, Gürcüstan 1 fevraldan hava sərhədini açıb. Quru və dəniz sərhədləri isə 2020-ci ilin mart ayından hələ də qapalıdır. Bu kanallardan yalnız vətənlərinə geri dönmək istəyən Gürcüstan vətəndaşları istifadə edə bilərlər.

Quru sərhədlərinin açılışına gəlincə, biz bunun üzərində işləyirik. Hava sərhədlərindəki kimi eyni qaydalar müzakirə edilir. Məsələn, vaksinasiya edilmiş qonaqlar üçün daha sadələşdirilmiş giriş. Düşünürük ki, eyni prinsipi quru sərhədlərinə də tətbiq etmək olar və bu, yüksək vaksinasiya fonunda mümkün olacaq”, – deyə o qeyd edib.

Bu məqaləni paylaş