Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23873 nəfər müalicə olunaraq sağalıb, 430 nəfər vəfat edib, aktiv xəstə sayı 6555 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8429, ötən müddət ərzində isə ümumilikdə 698815 test aparılıb.


Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  77.36 faizi sağalıb. Yoluxanlardan 21.24 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  30858 nəfərin 1.39 faizi ( 430 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.