Az.shafaqna.com “imedi”-yə istinadən xəbər verir ki, Gürcüstan vətəndaşları Türkiyəyə gedən zaman karantindən keçməli olmayacaqlar.

Bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Cereт Yazqan bildirib.

Pandemiya nəzarət altındadır, insanlarda sağlam optimizm var. Gürcüstan pandemiya ilə mübarizədə uğurlu oldu”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan addımları vaxtında atıb və bu, təbii olaraq, iqtisadi və sosial nəticələr verdi.

Əgər Gürcüstandakı vəziyyəti təkcə regiondakı yox, həm də dünyadakı vəziyyətlə müqayisə etsəniz, Gürcüstanın olduqca yaxşı hərəkət etdiyini görəcəksiniz. Bütün Gürcüstan vətəndaşları karantinsiz Türkiyəyə gedə bilərlər. İnsanlar da var ki, Türkiyəyə müalicəyə getdiyini deyir, lakin sonrada öyrənirik ki, bu, belə deyilmiş. Bu, olduqca az bir hissədir. Odur ki, tibbi xidmət almaq istəyən bütün gürcüstanlılar hər hansısa bir maneə olmadan Türkiyəyə gedə bilərlər”, – deyə o bildirib.

O, bununla yanaşı qeyd edib ki, türkiyəli biznesmenlərin də Gürcüstana geri qayıtmaq imkanı olmalıdır.

Bu, əhəmiyyətlidir, çünki onlar Gürcüstan mağazalar və fabriklər açmalıdırlar. Biz bu məsələ üzərində işləyirik”, – deyə o əlavə edib.

Əvvəlki məqaləAzərbaycanda Qurban bayramı namazı məscidlərdə qılınacaqmı?
Növbəti məqalədəAzərbaycanda koronavirusun statistikası: 412 yoluxma, 631 sağalma (Faizlər)