“Soyqırım cinayəti səlahiyyətli bir məhkəmə orqanı tərəfindən təyin edilməli, yəni bir hadisəni soyqırım kimi təyin etmək üçün səlahiyyətli beynəlxalq məhkəmə bu istiqamətdə qərar verməlidir”.

Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır Baş Assambleyanın sülh üçün çoxtərəflilik və diplomatiyanın müzakirə olunduğu iclasında “soyqırım” iddialarını gündəmə gətirən Ermənistana cavabında deyib.

Soyqırımın 1948-ci ildə qəbul edilmiş BMT Soyqırımı Cinayətinin qarşısının alınması və Cəzalandırılması Konvensiyasında xüsusi olaraq müəyyənləşdirilmiş bir cinayət olduğuna diqqət çəkən Bozkır soyqırımın nə olduğu və necə təyin olunduğunun konvensiyada açıq şəkildə yer aldığını vurğulayıb.

“Soyqırım cinayəti səlahiyyətli bir məhkəmə orqanı tərəfindən təyin edilməli, yəni bir hadisəni soyqırımı olaraq təyin etmək üçün səlahiyyətli bir beynəlxalq məhkəmə bu istiqamətdə bir qərar verməlidir” deyə Volkan Bozkır qeyd edib.

Bozkır BMT-nin soyqırımın nə olduğuna dair mövqeyinin Soyqırım Cinayətinin qarşısının alınması və Cəzalandırılması Konvensiyası ilə uyğun olduğunu və keçmişdə BMT rəsmiləri tərəfindən təkrarlandığını bildirib.

Volkan Bozkır iki həftə əvvəl də BMT Baş Katibi Spikerinin “soyqırımın uyğun bir məhkəmə orqanı tərəfindən təyin olunmasının vacibliyi”ni dilə gətirdiyi ifadəsini xatırladıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden 24 apreldə verdiyi açıqlamada 1915 hadisələrini “soyqırım” olaraq adlandırdı və Türkiyə isə sözügedən açıqlamaya sərt reaksiya verdi.

Əvvəlki məqaləHava proqnozu – 07.05.2021
Növbəti məqalədəGürcüstan hökuməti quru sərhədlərinin açılışını müzakirə edir