
Az.shafaqna.com “Lenta”-ya istinadən xəbər verir ki, İsveçdən olan UFC döyüşçüsü Həmzət Çimayev irlandiyalı Konor Makqreqora meydan oxuyub.
O, bununla bağlı sosial şəbəkə üzərində paylaşım edib.
Çimayev UFC prezidenti Dana Vaytdan iki çəki kateqoriyası üzrə döyüşün təşkil edilməsini xahiş edib.
Makqreqoru “cücə ürəkli” adlandıran Çimayev yazıb: “Dana Vayt, mən acam, xahiş edirəm, mənə desert ver”.
Çimayev 10 gün ərzində UFC-də iki dəfə qalib gələrək rekorda imza atıb. O, keçirdiyi 8 görüşün hamısından qalib olaraq ayrılıb.
Qeyd edək ki, Həmət əslən Çeçenistandandır və 16 yaşında İsveçə köçüb.






























