Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp onun haqqında olan paylaşımlardan şikayətlənib.

O deyib ki, “Twitter”-də onun barəsindəki mənfi yazılar “trendə” düşür.

Twitter”-dəki “trend” adlandırılan şeylərə baxmaq o qədər iyrəncdir ki. Orada mənim barəmdə çoxlu trendlər var və (heç birində də) heç vaxt yaxşı bir şey olmayıb”, – deyə Tramp gileylənib.

Onun fikrincə, bu cür paylaşımların müəllifləri onun barəsində “tapa bildikləri hər şeyi” paylaşaraq “trendə” düşürlər.

O, bunu gülməli, qanunsuz və ədalətsiz adlandırıb.