İraqın Kərkük şəhirinin şimal-qərbində yerləşən Bay Həsən ərazisindi neft quyularına hücum təşkil edilib.
Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, Kərkük Polis İdarəsinin sözçüsü Amir Nuri hadisə ilə əlaqəli açıqlamasında onlarla neft quyusunun yerləşdiyi şəhərin şimal-qərbindəki Bay Həsən bölgəsində 177 və 183 nömrəli quyulara hücum təşkil edildiyini bildirib.
İŞİD tərəfindən həyata keçirilən hücum nəticəsində bir polis işçisinin həyatını itirdiyini 2 polisin isə yaralandığını, hadisədən sonra hər iki quyuda baş verən yanğının qısa müddətdə nəzarətə alınaraq söndürüldüyünü, ərazidə əməliyyat başladıldığını qeyd edib.
Bu məqaləni paylaş