Az.shafaqna.com xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və xarici işlər naziri David Zalkalianinin Azərbaycana səfəri başlayıb.
Rəsmiləri daşıyan təyyarənin Bakının “Heydər Əliyev Hava Limanı”na endiyi önə çəkilir.
Qaribaşvili Azərbaycana ilk rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.
Daha sonra həmkarı Baş nazir Əli Əsədov, həmçinin Azərbaycan Milli Məclisin spikeri Sahibə Qafarova ilə biraraya gələcək.
Görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi, ticari, mədəni və humanitar sahələrə dair müzakirələrin aparılacağı bildirilib.
Xarici işlər naziri David Zalkaliani isə Azərbaycan XİN başçısı Ceyhun Bayramov ilə görüşəcək.
Bu məqaləni paylaş