
Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, bu gündən Səudiyyə Ərəbistanında Həcc mərasiminin ayinləri başlayır.
Bu il koronavirus pandemiyasına görə təxminən 1000 zəvvar olacaq.
Bununla belə, onlar bir sıra məhdudiyyətlərlə üzləşəcəklər: sosial məsafə saxlanılmalı və yüksək sanitar-gigiyenik tədbirlərə əməl edilməli.
Zəvvarlar Kəbəyə toxuna bilməyəcəklər və ibadətlər zamanı maska taxmalı olacaqlar.
Qeyd edək ki, bu il Həcdə yalnız krallıq sakinləri iştirak edə biləcəklər.




























