Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nəticəsində  23 nəfər ölüb, 70 nəfər isə yaralanıb.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, metro körpüsünün üzərindən qatar keçərkən aşıb.

Yerdən 5 metr hündürlüyü olan körpünün üzərindəki vagonlar yoldakı maşınların üzərinə düşüb.

Hadisənin baş verdiyi əraziyə bütün girişlər bağlanıb, yalnız təcili yardım maşınlarının girişinə icazə verilir.