Az.shafaqna.com “interpressnews”-ə istinadən xəbər verir ki, Gürcüstan əhalisi arasında Avropa İttifaqı (Aİ) və NATO-ya üzv olmaq barədə sorğu keçirilib.

NDI-nın iyun ayında keçirdiyi sorğunun nəticələrinə əsasən, sorğu iştirakçılarının 76%-i Aİ-yə, 69%-i isə NATO-ya üzvlüyü dəstəkləyib

Aİ və NATO-ya üzvlüyü məqbul saymayanlar isə, müvafiq olaraq, 8 və 11 faizdir.

Həmçinin sorğu iştirakçılarının 59%-i düşünür ki, Aİ və NATO-ya qoşulmaqla Gürcüstan daha çox fayda əldə edəcək. 11% isə hesab edir ki, Aİ və NATO-ya üzvlükdən imtina edərək Rusiya ilə münasibətlər normallaşdırılsa, ölkə daha çox fayda əldə edəcək.