
Az.shafaqna.com “Al Mayadeen”-ə istinadən xəbər verir ki, Livanın Baş naziri Həsən Diab bəyan edib ki, İsrial rejimi Livan dövlətinin müstəqilliyinə qəsd edib.
Onun sözlərinə görə, İsrail rejimi BMT TŞ-in 1701-ci qətnaməsini pozub. Sözügedən sənəddə 2006-cı ilin yayında Livan-İsrail sərhədindəki münaqişə ilə bağlı atəşkəs rejimi əldə edilib.
Diab həmçinin yaxın günlər ayıq-sayıq olaraq ölkə sərhədində vəziyyətin pisləşmə ehtimalının olduğuna diqqət çəkib.
Xatırladaq ki, İsrail rejimi ordusu Livanın yaşayış məntəqəsini atəşə tutub.






























