Getty Images

Danimarkada Səhiyyə İdarəsi “Johnson & Johnson” şirkətinin yeni növ koronavirusa (Covid-19) qarşı vaksinini peyvəndləmə proqramından çıxardığını elan edib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Danimarkanın Səhiyyə İdarəsi Avropa Dərman Agentliyinin (EMA) “Johnson & Johnson” şirkətinin “Covid-19″a qarşı hazırladığı peyvəndlə çox nadir hallarda laxtalanma hallarının ola biləcəyini açıqlayıb.

Danimarkada “Covid-19″ epidemiyasının nəzarət altına alındığı və digər peyvəndlərlə proqramın yaxşı davam etdirildiyi bildirildiyi açıqlamada risk almağa dəyməyəcəyi üçün “Johnson & Johnson” şirkəti peyvəndinin proqramdan çıxarıldığı ifadə edilib.

Tək doza olaraq tətbiq olunan “Johnson & Johnson” peyvəndindən 8,2 milyon doza sifariş edildiyi ölkədə vaksinlərin nə ediləcəyinə dair heç bir məlumat paylaşılmayıb.

“Biontech/Phfizer” və “Moderna” peyvəndləri ilə “Covid-19” peyvəndləmə proqramını davam etdirən Danimarka 14 aprel tarixində “AstraZeneca” vaksinini də proqramdan çıxarmışdı.