“Azərbaycanda vaksin qıtlığı yoxdur” – Deputat

“Azərbaycanda vaksinasiyanın ləng getdiyi, zəif aparılması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir”.

Az.shafaqna.com-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, Azərbaycanda MDB ölkələri və qonşu ölkələrlə müqayisədə vaksinasiyadan keçənlərin sayı bir neçə dəfə artıqdır: “Bəzi peyvənd istehsal edən ölkələrdə vaksinasiyadan keçənlərin sayı bizdən iki dəfə aşağıdır. Artıq daha 2 vaksin ölkəmizə gətirilib. Ölkəmizdə vaksin qıtlığı yoxdur. İstirahət günündə vaksin olunanların sayı aşağı olur. Digər günlərdə isə vaksin olunanların sayı 15 minin ətrafında olur”.

Bu məqaləni paylaş