Lukaşenkodan Putinə: Sən bizi itirə bilməzsən

410
0

Az.shafaqna.com “Belarus 1”-ə istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Rusiya Belarusu itirmək istəmir, çünki Minsk Moskvanın yeganə müttəfiqidir.

Rusiyanın qalan yeganə müttəfiqi Belarusdur”, – deyə o bildirib.

O qeyd edib ki, bu barədə tez-tez Rusiya prezidenti Vladimir Putinə deyir.

Mən tez-tez Putinə bu haqda deyirəm: mən səni başa düşürəm, sən Belarusu itirə bilməzsən. Başa düşürəm ki, Belarusu saxlamaq üçün sən müharibə edə bilməzsən. Niyə? Çünki Rusiyanın olduqca marjinal bazarlardan sıxışdırılıb çıxarılması prosesi başlayıb: a) Avropa İttifaqının, b) Ukraynanın (bazarlarından)”, – deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Almaniyadan sonra Belarus Rusiyada ən çox qaz alan 2-ci ölkədir, həmçinin iri neft idxalçısıdır.

O deyib ki, Belarusu itirmək – “Rusiyanın daxili siyasətinə ən güclü zərbədir”.

Xatırladaq ki, daha öncə Lukaşenko bildirmişdi ki, Belarusun başqa ölkələrlə əməkdaşlığı inkişaf etdirmək niyyətinə baxmayaraq, Minsk heç vaxt “qardaş Rusiya” ilə münasibətləri kəsməyəcək.

Əvvəlki məqaləAyətullah Seyid Sistani – Shafaqna Video
Növbəti məqalədəSuriya BMT-dən ABŞ və AB-nin qanun pozuntularını araşdırmağa çağırdı

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.

The reCAPTCHA verification period has expired. Please reload the page.